AZ

2026 cı il üçün Novruz, Ramazan və Qurban bayramları günləri müəyyənləşib

Azertag portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Bakı, 2 dekabr, AZƏRTAC

Gələn il üçün Novruz, Ramazan və Qurban bayramları günləri müəyyənləşib.

AZƏRTAC xəbər verir ki, Nazirlər Kabinetinin “2026-cı il üçün Novruz, Ramazan və Qurban bayramları günlərinin müəyyən edilməsi haqqında” Qərarına əsasən, gələn il martın 20, 21, 22, 23, 24-ü Novruz bayramı, martın 20, 21-i Ramazan bayramı, mayın 27, 28-i Qurban bayramı günləri müəyyən edilib.

Azərbaycan Respublikası Əmək Məcəlləsinin 105-ci maddəsinin 2-ci hissəsinə əsasən bu Qərarda nəzərdə tutulan günlər iş günü hesab olunmur.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
36
5
azertag.az

10Mənbələr