AZ

Ukrayna ordusu Dnepropetrovsk vilayətinin kəndini azad edib

ain.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Kiyev, 7 dekabr, AZƏRTAC

Ukrayna ordusu Dnepropetrovsk vilayətinin Tixoe kəndini azad edib.

AZƏRTAC xəbər verir ki, bu barədə Ukraynanın 67-ci Əlahiddə Mexanikləşdirilmiş Briqadası məlumat yayıb.

Məlumatda qeyd olunub ki, Ukrayna əsgərlərinin dəqiq və koordinasiyalı hərəkətləri, dəqiq planlaşdırması və cəsarəti sayəsində Tixoe kəndi rus hərbçilərindən tamamilə təmizlənib: “Rəsmi olaraq bəyan edirik: 2025-ci il dekabrın 6-dan etibarən Tixoe kəndi Ukrayna Silahlı Qüvvələrinin 67-ci Əlahiddə Mexanikləşdirilmiş Briqadasının əsgərlərinin nəzarəti altındadır”.

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Kiyev

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
78
5
azertag.az

10Mənbələr