AZ

Həkim gündəlik sosiska və kolbasa yeməyin təhlükələriniAÇIQLADI

Qastroenteroloq Yevgeniya Melnikova gündəlik sosiska və kolbasa istehlakının ciddi sağlamlıq riskləri daşıdığını bildirib.

Redaktor.az xəbər verir ki, o, bu haqda lenta.ru-ya danışıb.

Həkimin sözlərinə görə, emal olunmuş ət məhsullarını faydalı adlandırmaq olmaz, çünki onların tərkibində çoxlu dad gücləndiricilər, duz, doymuş yağlar və nitratlar olur. Üstəlik, bunlar yüksək kalorili məhsullardır. Melnikova bildirib ki, xüsusilə yağlı ət sortlarından hazırlanan və 100 qramda 200-600 kilokalori olan məhsullar - məsələn, sərqopçena kolbasa - mütəmadi istifadə üçün ən arzuolunmazdır.

Onun sözlərinə görə, sosiska və kolbasanı tez-tez yeyən insanlarda piylənmə və nəticə olaraq ikinci tip şəkərli diabet riski artır. Bu məhsullardakı həddindən artıq duz lipid mübadiləsini pozur və zamanla hipertoniya və aterosklerozun inkişafına səbəb olur.

Aytəkin TOFİQQIZI

Seçilən
50
1
redaktor.az

2Mənbələr