Məşhur Macarıstan güləşçisi Peter Farkas 2014-cü ildə həbsdən çıxandan sonra ilk böyük müsahibəsini yerli Güləş Federasiyasına verib.
Publika.az xəbər verir ki, o son illərdə avtomobil biznesi ilə məşğul olduğunu etiraf edib:
“Bir avtomobil salonum var, avtomobilləri Almaniyaya göndərirəm”, – deyə Farkas bildirib.
Peter 1992-ci il Barselona Olimpiadasının sərbəst güləş üzrə çempionu və üçqat dünya çempionudur.
Güləşçi əlavə edib ki, qızıl medal qazandıqdan sonra az məbləğdə gəlir əldə edib və bir neçə ildən sonra karyerasını bitirib.