AZ

Harvard alimi: 3I/ATLAS kosmik obyektinin iki quyruğu ola bilər

Dogru.az saytından alınan məlumata görə, ain.az bildirir.

Harvard Universitetinin alimi Avi Loebin fikrincə, 3I/ATLAS adlı ulduzlararası kosmik obyektin iki quyruğu mövcuddur.

Doğru.az xəbər verir ki, Loeb öz bloqunda yayımladığı məlumatda qeyd edib: “Ulduzlararası ziyarətçinin yeni 3I/ATLAS şəklinin fırlanma qradiyenti xəritəsi obyektdən çıxan iki axının sübutunu göstərir, aydın antiquyruq Günəşə doğru 60.000 km-dən çox uzanır”.

Bundan əvvəl astronomiya üzrə mütəxəssis Aleksandr Kiselev bildirmişdi ki, ulduzlararası komet 3I/ATLAS-ın Yerə ən yaxın yaxınlaşması 19 dekabr 2025-ci ilə proqnozlaşdırılır.

Həmçinin məlum olub ki, TESS kosmik teleskopu sözügedən obyekti astronomlar tərəfindən rəsmi qeydiyyata alınmasından təxminən iki ay əvvəl aşkarlayıb.

DOĞRU.AZ

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
83
1
dogru.az

2Mənbələr