AZ

İsrail 2026-cı il üçün beynəlxalq təbliğat büdcəsini 725 milyon dollara qaldlrlb

Hökumət dünya ictimaiyyətində İsrailə rəğbəti artırmaq üçün genişmiqyaslı imic kampaniyası başladır...

Poliqon xəbər verir ki, İsrail hökuməti 2026-cı il üçün beynəlxalq informasiya siyasəti və təbliğat fəaliyyətlərinə rekord həcmdə — 725 milyon dollar vəsait ayırıb. Bu qərarın məqsədi ölkənin qlobal imicini yaxşılaşdırmaq və beynəlxalq ictimaiyyətin İsrailə münasibətində müsbət dönüş yaratmaqdır.

Rəsmi məlumatlara görə, ayrılan vəsait dünya KİV-lərində, sosial media platformalarında, diplomatik kanallarda və müxtəlif beynəlxalq mədəni-siyasi layihələrdə İsrailin mövqelərinin daha effektiv şəkildə izah edilməsinə sərf olunacaq. Kampaniyanın hədəfi həm Qərb ölkələrində, həm də qlobal cənubda ictimai rəyi formalaşdırmaqdır.

Mütəxəssislərin fikrincə, xüsusilə Qəzzadakı müharibə, regional gərginliklər və BMT daxilində İsrailə qarşı artan tənqidlər fonunda Tel-Əvivin imic böhranı daha da dərinləşib. Yeni büdcə isə bu problemləri yumşaltmaq və İsrailin beynəlxalq arenada öz mövqelərini gücləndirmək niyyətini göstərir.

Hökumət daxilində bu təşəbbüsü dəstəkləyənlər bildirirlər ki, informasiya müharibəsinin qlobal miqyasda güclənməsi fonunda İsrailin özünü müdafiə edə bilməsi üçün daha güclü kommunikasiya mexanizmlərinə ehtiyac var. Tənqidçilər isə bu büdcənin böyük bir hissəsinin siyasi piar və xarici auditoriyalarda rəyi manipulyasiya etməyə yönələcəyini iddia edirlər.

Ayrılan vəsaitin konkret bölgüsü və proqramların icra mexanizmləri barədə əlavə detalların yaxın aylarda açıqlanacağı gözlənilir.

Poliqon.info

Seçilən
67
poliqon.info

1Mənbələr