AZ

Luvrda yüzlərlə qədim kitablar və sənədlər su altında qaldı

ain.az bildirir, Unikal.az saytına əsaslanaraq.

Luvr Muzeyində boru partlaması nəticəsində yüzlərlə qədim Misir kitabı və sənədi zədələnib.

"Unikal" xəbər verir ki, təxminən 300-400 kitab suya düşüb. Onların arasında tədqiqatçılar tərəfindən istifadə edilən "Misirşünaslıq jurnalları" və "elmi sənədlər" də var. Muzeyin baş administrator müavini Frensis Steynbokun sözlərinə görə, əsərlər 19-cu əsrin sonu və 20-ci əsrin əvvəllərinə aiddir.

O bildirib ki, hadisə "düzəlməz və ya daimi itki" ilə nəticələnməyib.

"Onlar (kitablar - red.) quruyacaq, biz onları bərpa üçün kitab cildləyicisinə göndərəcəyik və sonra rəfə qaytaracağıq", - Steynbok vurğulayıb.

Luvr Muzeyinin məlumatına görə, 26 noyabrda kitabxananın isitmə və ventilyasiyasını təmin edən hidravlik şəbəkədə su sızması aşkar edilib. Buna klapanın səhv açılması səbəb olub. Hidravlik şəbəkənin 2026-cı ilin sentyabr ayında tamamilə dəyişdirilməsi planlaşdırılırdı.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
17
1
unikal.az

2Mənbələr