AZ

Bayramdan sonra bu məhsullar UCUZLAŞACAQ

Bayram mövsümündən sonra çərəzlərin qiymətində ucuzlaşma müşahidə edilə bilər.

Publika.az xəbər verir ki, bu haqda iqtisadçı Akif Nəsirli "Yeni Sabah"a danışıb. O, son vaxtlar, xüsusilə də bayram ərəfəsində bahalaşan çərəzlərin qiymətləri ilə bağlı bunları deyib:

"Bayramqabağı çərəz qiymətlərinin artması inhisarçı bazarın xarakterinə uyğun olaraq, təbii iqtisadi proseslərdən qaynaqlanır. Bir neçə əsas səbəb var.

Çərəzlərin qiyməti həmişə nisbətən yüksəkdir, çünki bunlar ya idxal olunur, ya da xüsusi istehsal tələb edən məhsullardır. Bayram öncəsi tələbin kəskin artması da qiymətləri yüksəldir. İnsanlar bayram süfrələrini zəngin etmək üçün daha çox çərəz alır, bu isə bazarda təkliflə tələbin tarazlığını pozur və qiyməti artırır".

Ekspert əlavə edib ki, Antep fıstığı, qoz, badam kimi əsas çərəzlərin dünya bazarında qiymətləri yüksəlirsə, Azərbaycanda da onlar bahalaşır:

Seçilən
83
12
publika.az

10Mənbələr