İsrailin baş naziri Benyamin Netanyahunun əfv istəyinə müəyyən edilmiş qaydada və son dərəcə ciddiliklə baxılacaq.
Aznews.az xəbər verir ki, bunu İsrail Prezidenti İsxak Hersoq "Politico"ya müsahibəsində deyib.
Bundan əvvəl ABŞ prezidenti Donald Tramp Herzoqa məktub göndərərək ondan Netanyahuya qarşı istintaqı tamamilə dayandırmağı xahiş etmişdi.
"Mən prezident Trampın dostluğuna və onun fikrinə hörmətlə yanaşıram. Amma İsrail suveren dövlətdir. Müzakirə olunacaq şəxsin, yəni Netanyahunun işinə, ölkə qaydalarına uyğun olaraq, bir çox sorğular kimi, lazımi qaydada baxılacaq. Mən bunu ciddi qəbul edirəm", - İsrail Prezidenti bildirib.