Qış “transfer pəncərəsi”nin yaxınlaşması yenidən bəzi komandaların heyətini gücləndirməsi prosesiylə bağlı xəbərlərin ortaya çıxmasına səbəb olub. Bunlardan biri də təbii ki, “Qarabağ”la bağlıdı.
“Football-plus.az” xəbər verir ki, Ağdam təmsilçisinin sabiq futbolçusu Juninyonu qaytaracağıyla bağlı iddialar var. Deyilənə görə, “köhlən atlar” braziliyanı icarə əsasında heyətinə qatmağı planlaşdırır.
İş ondadı ki, Juninyonun yeganə elçisi “Qarabağ” deyil. ESPN nəşri bildirir ki, hücumcuyla həm də Braziliya A seriyasının iştirakçısı “Bahia” maraqlanır. Bu klub da forvardın transfer edilməsində israrlıdı. Belədə Olavionun məxsus olduğu klub, yəni “Flamenqo” “köhlən atlar” üçün irəli sürdüyü şərtləri sərtləşdirib. Nəticədə transfer əməliyyatı düyünə düşüb…
İstənilən halda, “Qarabağ” Juninyonu transfer etmək məsələsində israrlıdı. Bunun Nəriman Axundzadənin yanvarda klubdan ayrılacağıyla bağlı xəbərlərlə əlaqədar olub-olmadığını bilmirik. Ümumiyyətlə, hazırda dəqiq nəsə yoxdu. Elə Olavionun da “Qarabağ”da özünü yaxşı tərəfdən göstərə bilib-bilməyəcəyi də sual altındadı. Çünki bu mövsüm 26 oyunda meydana çıxan forvard cəmi 7 dəfə start heyətində yer alıb. O, bu görüşlərdə 4 qol vurub.
KƏNAN BAHADIR
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta