AZ

Qismət Davudov vəfat etdi

Bakı Dövlət Universitetinin (BDU) Tarix fakültəsinin Asiya və Afrika ölkələri tarixi kafedrasının dosenti Qismət Davudov vəfat edib.

Publika.az xəbər verir ki, Qismət Davudov 1964-cü ildə Xaçmaz rayonunun Xaspolad-oba kəndində anadan olub. 1991-ci ildə Xaçmaz şəhər 45 saylı dəmiryol məktəbini bitirib. 1985-1990-cı illərdə BDU-nun Tarix fakültəsinin əyani şöbəsinin Azərbaycan bölməsində təhsil alıb. 2006-cı ildə "XIX əsrin birinci otuzilliyində İran-Rusiya münasibətləri İran tarixşünaslığında" mövzusunda namizədlik dissertasiyasını müdafiə edib.

O, 1990-cı ildə Asiya və Afrika ölkələri tarixi kafedrasına baş laborant vəzifəsinə təyin edilib. 1992-ci ildə həmin kafedrada müəllim, 1995-ci ildə baş müəllim vəzifəsinə seçilib. İndiyədək kafedranın dosenti kimi fəaliyyət göstərib.

Qismət Davudovun tədqiqat sahəsi Asiya və Afrika ölkələri, İran və Yaponiya tarixi üzrə olub.

Seçilən
71
15
publika.az

10Mənbələr