Gəncədə yoldaşını bıçaqlamada şübhəli bilinən şəxs saxlanılıb.
Azreform.info xəbər verir ki, bu barədə Daxili İşlər Nazirlitinin (DİN) mətbuat xidmətinin Gəncə Regional qrupu məlumat yayıb.
Bildirilir ki, polis əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində hadisəni törətməkdə şübhəli bilinən 35 yaşlı Məhəmməd Məhərrəmov saxlanılıb.
Araşdırmalar davam etdirilir.
***
Gəncədə qadın həyat yoldaşı tərəfindən bıçaqlanıb.
"Ölkəa.z" APA-ya istinadla xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb.
Şəhər sakini 1993-cü il təvəllüdlü Ə.Məmmədova bıçaqlanma diaqnozu ilə xəstəxanaya çatdırılıb.
Qadın dərhal əməliyyat edilib, vəziyyətinin kafi olduğu bildirilir.
İlkin məlumata görə qadın həyat yoldaşı tərəfindən küçədə bıçaqlanıb.
Hazırda hadisə yerinə polis əməkdaşları cəlb edilib.
Faktla bağlı araşdırma aparılır