AZ

Qadın əri tərəfindən bıçaqlanıb – YENİLƏNİB

Gəncədə qadını bıçaqlayan şəxs tutulub.
NOCOMMENT.az-ın Qərb bürosunun məlumatına görə, polis əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində hadisəni törətməkdə şübhəli bilinən 35 yaşlı Məhəmməd Məhərrəmov saxlanılıb.
Araşdırmalar davam etdirilir.
***

Gəncədə bıçaqlanma hadisəsi olub.

NOCOMMENT.az-ın Qərb bürosunun məlumatına görə, hadisə şəhərin Əttarlar küçəsində qeydə alınıb.

Belə ki, şəhər sakini 1993-cü il təvəllüdlü Esmira Məmmədova bıçaq xəsarəti ilə xəstəxanaya yeləşdirilib. Dərhal ona yardım edilib, vəziyyətinin orta ağır olduğu bildirilir.

Məlumata görə, qadını əri tərəfindən bıçaqlanıb. Hadisə yerinə polis əməkdaşları cəlb.

Cinayyəti törən şəxsin tutulması istiqamətində polis əməkdaşları tərəfindən axtarışlar aparılır.

Seçilən
37
2
nocomment.az

3Mənbələr