Unikal.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.
2025-ci ilin bitməsinə sayılı günlər qalıb.
"Unikal" xatırladır ki, bu il də həm ictimai-siyasi, həm də sənət aləmində itirdiklərimiz oldu. Onların siyahısını təqdim edirik:
Aparıcı Azər Baxşəliyev yanvarın 5-də uzun sürən xəstəlikdən sonra vəfat edib.

Xalq artisti Arif Babayev avqustun 1-də kəskin tənəffüs çatışmazlığından vəfat edib.

Əməkdar artist Cabir İmanov sentyabrın 29-da ürəktutmadan dünyasını dəyişib.

Aktrisa Çimnaz Sultanova yanvarın 15-də bağırsaq xərçəngindən vəfat edib.

Xalq yazıçısı Elçin avqustun 3-də 82 yaşında dünyasını dəyişib.

Xalq artisti Ənvər Həsənov martın 16-da kəskin işemik insultdan vəfat edib.

Xalq artisti Əminə Yusifqızı oktyabrın 9-da 89 yaşında dünyasını dəyişib.

Sabiq səhiyyə naziri Oqtay Şirəliyev oktyabrın 3-də yaşadığı evdə vəfat edib. 
Xalq artisti Ramiz Quliyev oktyabrın 15-də 78 yaşında həyatla vidalaşıb.

Əməkdar artist Rəşad Bəxtiyarov oktyabrın 16-da uzun sürən xəstəlikdən sonra 47 yaşında vəfat edib.

Xalq artisti Roza Cəlilova noyabrın 19-da 96 yaşında vəfat edib.

Əməkdar artist Vahid Əliyev noyabrın 6-da 73 yaşında dünyasını dəyişib.

Əməkdar artist, Şuşa Dövlət Musiqili Dram Teatrının direktoru Yadigar Muradov

Bakı Milli Geyim Evinin rəhbəri Könül Vəlibəyli noyabrın 21-də Yasamalda çoxmərtəbəli yaşayış binasında baş vermiş yanğın zamanı faciəvi şəkildə dünyasını dəyişib.

Nuranə Abbasova
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.