AZ

8 bürcə ŞOK XƏBƏRDARLIQ – EHTİYATLI OLUN!

Tanınmış astroloq Dinçer Güner 8–15 dekabr tarixlərində bürcləri nələr gözlədiyini açıqlayıb. O, 8 bürclə bağlı xəbərdarlıq edib.

 

Həmin proqnozu təqdim edirik:

 

Qoç və yüksələn Qoç

 

Bu həftə Marsla Saturnun sərt kontaktı səbəbindən keçmiş travmalar və daxili qorxular aktivləşə bilər. Özünüzü yorğun hiss edə bilərsiniz. Gizli düşmənlərə diqqət edin.

 

Buğa və yüksələn Buğa

 

Bu həftə kreditlər, riskli investisiyalar gündəmə gələ bilər. Bu dövr borc alıb-vermək və riskli işlər üçün uyğun deyil.

 

Dostlardan gözlədiyiniz dəstəyin reallaşmaması, bir ödənişin gecikməsi və ya iştirak etdiyiniz layihənin büdcə kəsintisi sizdə məyusluq yarada bilər.

 

Əkizlər və yüksələn Əkizlər

 

Mars-Saturn kontrastı sizi münasibətlər və karyera arasında sıxışdıra bilər.

 

Digər tərəfdən, iş yerində məsuliyyət artdığı üçün partnyorunuza zaman ayırmaqda çətinlik yaşaya bilərsiniz. Evlilik və ya birlikdə layihə qurmaqla bağlı planlar təxirə düşə bilər.

 

Xərçəng və yüksələn Xərçəng

 

İşdə rəqabət güclənə bilər. Sağlığınızda problem yarana bilər.

 

Şir və yüksələn Şir

 

Aşiq ola bilərsiniz, amma maddi və ya psixoloji maneələr hissləri çətinləşdirə bilər. Hobbilər, əyləncə və şəxsi layihələr maddi səbəbdən məhdudlaşa bilər. Riskli maliyyə addımlarından qaçın.

 

Qız və yüksələn Qız

 

“Hər kəsin yükünü mən daşıyıram, amma mənə dayaq olan yoxdur” kimi bir hiss yarana bilər.

Sərhədlərinizi qorumaq və evdəki enerjini pozitiv şəkildə yönləndirmək vacibdir.

 

Tərəzi və yüksələn Tərəzi

 

İş yükü və fiziki yorğunluq planlarınızı ləngidə bilər. Səfərlər təxirə düşə bilər. Avtomobil idarə edərkən diqqətli olun.

 

Əqrəb və yüksələn Əqrəb

 

Bu həftə daha çox qazanmaq istəyəcəksiniz. Lakin hobbilər və romantik münasibətlər pulunuzu azalda bilər.

 

Oxatan və yüksələn Oxatan

 

Mars sizin bürcünüzdə olduğundan enerji, təşəbbüs istəyiniz yüksək olacaq. Lakin Saturn sizi geri çəkəcək. Emosional gərginlik sizi yavaşlada bilər.

 

Oğlaq və yüksələn Oğlaq

 

Bu həftə mübarizəniz daxili dünyanıza yönələcək. Pərdəarxası söz-söhbətlər sizi yoracaq.

 

Zehni yorğunluq yüksələ bilər. Bu dövr daha çox dincəlmək üçün uyğundur.

 

Dolça və yüksələn Dolça

 

Xərclər arta bilər. Maddi mövzularda gərginlik yaşana bilər. Gələcəklə bağlı xəyallar maliyyə reallıqları ilə toqquşa bilər. Bəzi dostluqlar maddi səbəblərlə sınağa düşə bilər.

 

Balıq və yüksələn Balıq

 

Mars karyera evinizdədir və sizi daha iddialı etməyə çalışır. Lakin Saturn bürcünüzdə dayandığı üçün özünüzü yorğun və ya pessimist hiss edə bilərsiniz.

 

Musavat.com

Tarix: 7 Dekabr 2025, 19:13   
Seçilən
54
3
pravda.az

4Mənbələr