Gəncədə bıçaqlanma olub.
Bakıvaxtı.az xəbər verir ki, hadisə şəhər ərazisində yerləşən bazarların birinin yaxınlığında baş verib.
Şəhər sakini 1993-cü il təvəllüdlü E.Məmmədova bıçaq xəsarəti ilə xəstəxanaya yeləşdirilib. Dərhal ona yardım edilib,vəziyyətinin orta-ağır olduğu bildirilir. Məlumata görə, qadın əri tərəfindən bıçaqlanıb.
Hadisə yerinə polis əməkdaşları cəlb edilib. Fakt araşdırılır.