AZ

Nazim Sadiqov məğlubiyyətdən sonra danışdı

Azərbaycanlı UFC döyüşçüsü Nazim Sadiqov fransalı Fares Ziamla qarşılaşmada aldığı məğlubiyyətdən sonra sosial şəbəkədə açıqlama verib.

Fanat.Az xəbər verir ki, idmançı öz performansını sərt şəkildə tənqid edib:

“Bəli, bərbad bir performans idi. Bu gecə heç cür alınmadı. Heç bir bəhanəm yoxdur. Yaxşı düşərgə keçmişdim, hazırlığım, çəki salmam hamısı yaxşı idi. Qonq vurulanda da yaxşı idim. Amma nəsə alınmadı. Faresə hörmətlər. Onu və komandasını təbrik edirəm.”

Sadiqov hədəflərinin dəyişmədiyini, daha güclü şəkildə geri qayıdacağını da vurğulayıb:

“Hədəfim hələ də eynidir. Geri dönüb zirvəyə qalxacam. Mən bu gecə göstərdiyimdən daha çoxuna sahibəm və bunu sizlərə də göstərəcəm. Hər kəsə təşəkkürlər. Hər zamankı kimi, yaşasın Azərbaycan. Tanrı Amerikanı qorusun. Həqiqətən çox üzgünəm. Geri dönəcəm.”

Kamil Xudiyev

Seçilən
29
1
fanat.az

2Mənbələr