AZ

Merz: Almaniya Fələstin dövlətini tanımayacaq

ain.az bildirir, Modern.az saytına əsaslanaraq.

Almaniya, bəzi avropalı tərəfdaşlarından fərqli olaraq, yaxın gələcəkdə Fələstin dövlətini tanımaq niyyətində deyil. 

Modern.az xəbər verir ki, bu barədə Almaniya kansleri Fridrix Merz İsrailin Baş naziri Benyamin Netanyahu ilə birgə mətbuat konfransında bildirib.

Almaniya hökumətinin başçısı qeyd edib ki, ilk növbədə sülh planının mərhələli şəkildə həyata keçirilməsi vacibdir: "Nəticənin nə olacağını bu gün heç kim bilmir. Və vəziyyət belə olduğu üçün Almaniya hökuməti digər Avropa dövlətlərindən fərqli olaraq Fələstin dövlətini vaxtından əvvəl tanımaqdan imtina edib. Biz yaxın gələcəkdə bunu etməyəcəyik".

Onun fikrincə, Fələstin dövlətinin yaradılması üçün "şərtlər" hələ mövcud deyil. 

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
18
5
modern.az

8Mənbələr