ain.az, futbolpress-az portalına istinadən məlumat yayır.
Azərbaycan Premyer Liqasının XIV turunun “Karvan-Yevlax” – “Şamaxı” oyunundan (0:3) sonra qonaq komandanın məşqçisi Elnur Çodarov jurnalistlərin suallarını cavablandırıb.
Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bildirib…
– Gözlədiyimiz kimi maraqlı, gərgin, yaxşı oyun alındı. Birinci hissə daha çox keyfiyyət xarakteri daşıyırdı. Füzuli Məmmədovu yeni təyin ediblər. İki oyunlarına baxmışdıq, analiz etmişdik. “Qarabağ”a qarşı tam fərqli idi, bizə qarşı tam fərqli. Bilirdik ki, belə də olacaq. İkinci hissə sürəti artırdıq, daha çox irəlidə aqressivliyi, intensivliyi artırdıq, istədiyimizə nail olduq. Debüt edən oyunçumuz oldu. Onu da təbrik edirik. Bir şeyi də qeyd edim ki, matçın sonlarında meydançada 6 yerli oyunçumuz var idi.
– Ayxan Abbasovla mütəmadi əlaqədə idiz? Əsas göstərişi nədən ibarət idi?
– Birinci hissə kəşfiyyat xarakteri daşıyırdı. Çünki rəqibin baş məşqçisi yeni idi. Gözləyirdik, tələsmirdik. Futbolçulara tapşırmışdıq ki, tələsməsinlər, rəqibi gözləsinlər və kompakt oynasınlar. Öz epizodumuzu gözləyirdik. İkinci hissədə futbolçular tapşırıqları maksimum şəkildə yerinə yetirməyə çalışdılar. Qolumuzu vurduq və ardını da gətirdik.
– Dieqo Balaunun vurduğu qollardan biri “ayın qolu” nominasiyasında qalib olub. Bu dəfə də vurduğu qol baxımlı alındı. Deyəsən, artıq yenə də bu mükafatı qazanmaq istəyir..
– Ümid edək də, qalib seçilər (gülür). İkinci qolu da elə birinci qoluna bənzəyirdi.
– Süni örtüklü meydançada oynadınız. Yevlax stadionunu ot örtüyü necə idi?
– Meydançada ağır idi. Dəqiq desək, süni örtüyün rezinləri sərt idi. Yağış üzümüzə baxdı.
Şahin Cəfərov
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.