Macarıstanın Baş naziri Viktor Orban dekabrın 8-də Türkiyəyə səfər edəcək.
Publika.az xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Burhanəddin Duran "X" sosial şəbəkəsində paylaşım edib.
O qeyd edib ki, səfər Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvətilə baş tutur.
V.Orban və onu müşayiət edən yüksək səviyyəli nümayəndə heyəti Türkiyə ilə Macarıstan arasında Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının 7-ci iclasında iştirak edəcək.