AZ

Bloomberg: Avropa Zelenskini razılaşmamağa çağırır

Avropa liderləri Ukrayna prezidenti Zelenskini Rusiya ilə mümkün sülh razılaşmasına razı olmamağa inandırmağa çalışırlar.

"Ölkə.az" xəbər verir ki, bu barədə Bloomberg Avropa diplomatik mənbələrinə istinadən məlumat yayıb.

Razılaşmaya Ukrayna qoşunlarının etibarlı ABŞ təhlükəsizlik zəmanətləri olmadan Donbasdan çıxarılması daxil ola bilər.

Avropalılar ABŞ-ın təzyiqi altında Zelenskinin Ukrayna üçün kifayət qədər təhlükəsizlik zəmanəti təmin etməyən bir razılaşmaya razı ola biləcəyindən narahatdırlar. Avropalı diplomatların fikrincə, belə bir addım strateji boşluq yarada və bütün region üçün təhlükəsizlik təhdidlərinə səbəb ola bilər.

Nəşr qeyd edir ki, Avropa diplomatları həmçinin Rusiya ilə danışıqların uğursuz olacağı təqdirdə ABŞ-ın prosesdən çıxması ehtimalına hazırlaşırlar və bu da Avropanın Ukraynaya hərbi və maliyyə dəstəyini necə davam etdirəcəyinə qərar verməsinə səbəb ola bilər.

Elvin

Ölkə.az

Seçilən
61
1
olke.az

2Mənbələr