Şəmkirdə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
BAKU.WS "Report"a istinadla xəbər verir ki, rayon ərazisində VAZ və "Hyundai" markalı avtomobillər toqquşublar.
Nəticədə, 1956-cı il təvəllüdlü H.Məmmədov aldığı xəsarətlərdən hadisə yerində həlak olub.
Əraziyə təcili tibbi yardım briqadası və polis əməkdaşları cəlb olunublar.
Faktla bağlı araşdırma aparılır.