AZ

“Qarabağ”la oyundan əvvəl qələbə qazandılar

futbolpress-az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

“Qarabağ“ın Çempionlar Liqasındakı rəqibi “Ayaks” Niderland çempionatında növbəti oyuna çıxıb.

Futbolpress.az xəbər verir ki, sözügedən komanda səfərdə “Fortuna” ilə qarşılaşıb. Matç “Ayaks”ın qələbəsiylə başa çatıb – 3:1.

“Ayaks” çempionatda 15 turdan sonra 26 xalla 3-cü sıradadır. Amsterdam təmsilçisi lider PSV-dən 14 xal geridədir.

“Qarabağ” – “Ayaks” oyunu dekabrın 10-da Bakıda keçiriləcək. Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq görüşə saat 21:45-də start veriləcək.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
78
futbolpress.az

1Mənbələr