Cari ilin yanvar-sentyabr aylarında müalicə-sağlamlıq xarakterli xidmətlər göstərən mehmanxana və mehmanxana tipli obyektlər 13 milyon 877,6 min ABŞ dolları dəyərində gəlir əldə edib.
Valyuta.az xəbər verir ki, ötən ilin eyni dövründə bu göstərici 13 milyon 617,7 min manat təşkil edib. Beləliklə, sahə üzrə gəlirlər 259,9 min manat və ya 1,90% artıb.
Müalicə-sağlamlıq xidmətlərinə görə ən çox xərcləmə olunan şəhər və rayonlar isə aşağıdakılardır:
Bakı şəhəri -2 milyon 885 min manat
Naftalan şəhəri – 4 milyon 98,8 min manat
Qusar rayonu – 1 milyon 383,8 min manat
Qəbələ rayonu – 4 milyon 460,5 min manat