Tarixi Vaşinqton razılaşması Cənubi Qafqaz regionunu tamamilə dəyişəcək.
Aznews.az xəbər verir ki, bunu Qətərdə keçirilən Doha Forumunda Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.
Cənubi Qafqazda son 30 il ərzində münaqişə və müharibənin hökm sürdüyünü söyləyən Hikmət Hacəyev nəhayət, buna son qoyulduğunu qeyd edib: “Mən bunu tez-tez Cənubi Qafqaz üçün “Kemp-Devid sülh modeli” adlandırıram. Əlbəttə, hər bir münaqişə fərqlidir. Hər bir geosiyasi kontekst də fərqlidir. Amma əminəm ki, bu sazişin təsiri də oxşar olacaq”.