AZ

Biləsuvar qəzasında həyatını itirən 5 nəfərin adı AÇIQLANDI - VİDEO

Xəbər verdiyimiz kimi, Biləsuvar rayonunun Bağbanlar kəndi ərazisində baş verən ağır yol-nəqliyyat hadisəsi nəticəsində 5 nəfər həyatını itirib.

Məlumata görə, idarəetmədən çıxaraq su kanalına aşan avtomobilin sürücüsü Vasif Həsənli (2003) olub.

Bizim.Media xəbər verir ki, qəza zamanı avtomobildə olan aşağıdakı şəxslər də hadisə yerində dünyasını dəyişib:

– Rusif Həsənli (2001)

– İldırım Həsənli (1990)

– Məhəmməd Məmmədli (2000)

– Əliqardaş Rəsulzadə (2007)

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.


Sabutay, Bizim.Media, Cənub bürosu

Seçilən
74
2
bizim.media

5Mənbələr