Dekabrın 6-da Azərbaycan MMA və Qrapplinq Federasiyasının ümumi yığıncağı keçirilib.
Yığıncaqda federasiyasının İdarə Heyətində dəyişiklik edilib. Səsvermənin nəticələrinə əsasən, MMA döyüşçüsü Tofiq Musayev federasiyanın vitse-prezidenti seçilib.
Publika.az xəbər verir ki, Tofiq Musayev çıxış edərək göstərilən etimada görə təşəkkür edib və bu idman növünün inkişafı üçün əlindən gələni etməyə hazır olduğunu bildirib.