AZ

“Qarabağ” üçün xoş xəbər - “Ayaks” əsas hücumçusunu itirdi!

Bu gün Niderland çempionatında 15-ci turun 4 oyunu keçirilib. “Qarabağ”ın dekabrın 10-da qarşılaşacağı “Ayaks” da meydana çıxıb.

Amsterdam nəhəngi ortabablardan “Fortuna”nın qonağı olub. Baş məşqçi Fred Qrim meydana bu heyəti buraxıb: Vitezlasv Yaroş – Ouen Veyndal, Yuri Baas, Aaron Boumen, Yuri Regeer – Oskar Qlux, Ko İtakura, Davi Klassen – Mika Qodts, Vut Veqhorst, Rayan Bunida.

Oyunun gedişində, daha dəqiqi, 28-ci dəqiqədə Veqhorst zədələnib və Kasper Dolberqlə əvəzlənib. Niderland yığmasının da formasını geyən Veqhorst cari mövsümdə keçirdiyi 13 oyunda 6 qol vurub. Yığma ilə AÇ-2020 və AÇ-2024-ə, eləcə də DÇ-2022-yə qatılıb.

Qrim 73-cü dəqiqədə Veyndalın əvəzinə Lukas Rozanı, Bunidanın əvəzinə Jorti Mokyonu meydana buraxıb. Baş məşqçi 80-ci dəqiqədə də ikili dəyişikliyi əl atıb: Qodtsı Raul Moro, Regeri Anton Qoey əvəz edib.

Oyunun axarına gəlincə, meydan sahibləri 4-cü dəqiqədə hesabı açsa da, “Ayaks” sonradan üç qol vurmaqlaqələbə qazanıb. Bunlardan ikisi avtoqol sayəsində reallaşıb, Veyndal 52-ci dəqiqədə komandasının 3-cü qolunu vurub.

ORXAN

Seçilən
42
2
football-plus.az

3Mənbələr