AZ

“Qarabağ” “Ayaks” oyunu üçün bilet istədim, söyüldüm… şok hadisə

ain.az, Footbal-plus portalına istinadən məlumat yayır.

Deməli, bu gün günorta “feysbuk”da Sara Əhmədova nikli bir profil gördüm. Elan yazıb ki, “Qarabağ” - “Ayaks” oyunu üçün bilet satışı davam edir. Özü də ucuz qiymətə. Axı “iticket”də minimal qiymətə bilet yoxdu? Bəs Sara xanın necə tapıb? Həqiqətənmi satılır? Sara Əhmədova ad-soyadlı xanım elanın aşağısında “vatsap” nömrəsini də qeyd edib (070-927-42-01). Mən də dəqiqləşdirmək üçün yazdım, soruşdum. Salamsız-kalamsız ağır söyüşlər söydü. Əməllicə təhqir etdi. İndiki zəmanədə küçədə belə işlədilməyən, xüsusən də qadına yaraşmayan ifadələr. Daha sonra üzrxahlıq etdi ki, bu sözlər sizə aid deyildi, səhv salmışam. Əsas məsələyə - biletə gəlincə, 10 manatlıq bileti 15 manata satır. Özü də yan-yana. Ümid edirəm ki, “Qarabağ” bu məsələni də nəzarətə götürər…MÜZƏFFƏR QULUZADƏ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
83
1
icma.az

2Mənbələr