Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Venesuela prezidenti Nikolas Maduro ilə telefon danışığı aparıb.
"Yeni Sabah" xəbər verir ki, danışıq zamanı iki ölkə arasındakı ikitərəfli münasibətlər və regional məsələlər müzakirə olunub.
Ərdoğan Maduroya bölgədə baş verən hadisələri yaxından izlədiklərini, Türkiyənin problemlərin dialoq yolu ilə həllinə inandığını və bunu bütün platformalarda vurğuladığını bildirib.
Türkiyə lideri, həmçinin ABŞ ilə Venesuela arasında dialoq kanallarının açıq qalmasının vacibliyini qeyd edərək, gərginliyin ən qısa zamanda səngiməsini arzu etdiyini deyib.
Telegram kanalımız