Kanada hökuməti Suriyanı terroru maliyyələşdirən ölkələr siyahısından çıxarıb.
Far.Az Oxu.Az-a istinadən xəbər verir ki, məlumatı Kanada Xarici İşlər Nazirliyi yayıb.
Bundan başqa, Kanada "Həyat Təhrir əş-Şam"ı da daha terror təşkilatı hesab etmir.
"Kanada hökuməti ciddi araşdırmalardan sonra Suriyanı terrorizmi dəstəkləyən əcnəbi ölkələr, "Həyat Təhrir əş-Şam"ı isə terrorçu təşkilatlar siyahısından çıxarıb", - Kanada XİN-dən bildiriblər.