ABŞ-li sahibkar İlon Mask Avropa hökumətinin onun "X" platformasını cərimələməsini kəskin tənqid edib.
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, İ.Mask öz sosial şəbəkə hesabında bu barədə yazıb.
O, Avropa İttifaqının sözügedən addımını ADR-in (Almaniya Demokratik Respublikası) dövlət təhlükəsizliyi xidməti - "Ştazi"nin metodları ilə müqayisə edib.
"Avropa İttifaqının "Ştazi"dən olan beynəlxalq komissarları tezliklə Streyzand effektinin nə demək olduğunu anlayacaqlar", - Mask yazıb.
Başqa sözlə, sahibkar ona işarə edib ki, informasiyanı görməzlikdən gəlmək və ya gizləmək onun daha geniş yayılmasına gətirib çıxarır.