AZ

“Qarabağ”a qarşı mübarizə aparmaq çox çətindir” – Rəşad Sadıqov 

“Zirə” Misli Premyer Liqasının 14-cü turunda doğma meydanda “Qarabağ”la 1:1 hesablı heç-heçə edib.

İdmanxeber.az xəbər verir ki, “qartallar”ın baş məşqçisi Rəşad Sadıqov oyundan sonra keçirilən mətbuat kofransında jurnalistlərin suallarını cavablandırıb:

“Olduqca ağır oyun keçdi. 90 dəqiqə gərgin mübarizə şəraitində alındı. Oyun bizim üçün qola qədər daha rahat gedirdi. Amma biz qol vurduqdan sonra “Qarabağ” sürəti bir az da artırdı. O dəqiqələrdən sonra çətinlik çəkirdik. Oyunçular əzmkarlıq göstərdilər. “Qarabağ”ın gücünü, qüvvətini bir daha hiss etdik. Komanda inkişaf edir, artırır. Oyun gedə-gedə bunu bir daha gördük. Dörd gündən sonra “Ayaks”la çox vacib oyuna çıxacaqlar. Onlara uğurlar arzulayırıq. Rəqib 4 dəyişiklik etdi. Müəyyən həmlələr etdik, müdafiə davranışını bir balca dəyişdik. Çalışdıq ki, rəqibin təzyiqinə dözək və standart vəziyyətlərdə fərqlənək. Bəlkə də qol epizodlarına görə heç-heçə ədalətli nəticədir. “Qarabağ”la matçda qazanılan xal dəyərlidir. Onlara qarşı mübarizə aparmaq çox çətindir. Futbolçularım “Neftçi” ilə 120 dəqiqəlik mübarizədən sonra bu gün əzmkarllıq göstərdilər. Təqdirəlayiqdir. Davam etməliyik”.

Seçilən
54
8
idmanxeber.az

9Mənbələr