AZ

Putin bu ölkə ilə ittifaqı təsdiqləyib

Rusiya prezidenti Vladimir Putin və onun Qırğızıstan prezidenti Sadır Japarov telefon danışığında iki ölkə arasında möhkəm dostluq və müttəfiqliyi bir daha təsdiqləyiblər.

NOCOMMENT.az bildirir ki, bu barədə TASS xəbər verir.

“Bu gün, dekabrın 6-da Qırğızıstan Respublikasının Prezidenti Sadır Japarov ilə Rusiya Federasiyasının Prezidenti Vladimir Putin arasında telefon danışığı olub. Prezidentlər dostluq və müttəfiqlik əlaqələrinin sabitliyini və dərinliyini vurğuladılar”, – məlumatda deyilir.

Tərəflər həmçinin Putinin Qırğızıstana son səfərini xatırladıb və bunun əməkdaşlığın dərinləşməsində mühüm rol oynadığını qeyd ediblər.

Rusiya prezidenti Vladimir Putin Qırğızıstan lideri Sadır Japarovla telefon danışığı aparıb . Söhbət zamanı Rusiya lideri həmkarını ad günü münasibətilə təbrik edib, Qırğızıstana səfəri zamanı səmimi qəbula və qonaqpərvərliyə görə minnətdarlığını bildirib. Bundan başqa, iki lider qeyd edib ki, Bişkekdə yüksək səviyyəli danışıqların nəticələri “dərin strateji tərəfdaşlıq və müttəfiqlik olan çoxşaxəli Rusiya-Qırğızıstan münasibətlərinə əhəmiyyətli təkan verib”.

Seçilən
83
nocomment.az

1Mənbələr