AZ

Dövlət müstəqilliyinin təməli hüquq və ədalətdir Konstitusiyanın qəbulu insan haqlarının hüquqi bazasını rəsmiləşdirir » AzadMedia.az

Dövlət

Ədalət və qanunun aliliyi prinsiplərinə əsaslanan inkişaf etmiş cəmiyyət qurmaq yüz illər boyu Azərbaycan xalqının ən böyük arzusu olmuşdur.

Ədalət dedikdə, bərabərlik, hörmət və müstəqillik kimi ortaq dəyərlər göz önünə gəlir.

Qeyd etmək yerinə düşər ki, hüquq da dövlət kimi, müəyyən mərhələlərdə cəmiyyətin inkişafının məhsuludur.

Bu bir faktdır ki, Azərbaycan xalqı özünün çoxəsrlik dövlətçilik ənənələrinə söykənərək, “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktında əks olunan prinsiplərinə söykənməklə vətəndaşın azadlığının və təhlükəsizliyinin prinsiplərini əsas götürərək demokratik vətəndaş cəmiyyətinin formalaşmasında mühüm işlər görür. Demokratik vətəndaş cəmiyyətinin formalaşmasında istinad olunan prinsiplər aşağıdakılardan ibarətdir:

- Azərbaycan dövlətinin müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü qorumaq;
- Konstitusiya çərçivəsində demokratik quruluşa təminat vermək;
- vətəndaş cəmiyyətinin bərqərar edilməsinə nail olmaq;
- xalqın iradəsinin ifadəsi kimi, qanunların aliliyini təmin edən hüquqi, dünyəvi dövlət qurmaq;
- ədalətli iqtisadi və sosial qaydalara uyğun olaraq, hamının layiqli həyat səviyyəsini təmin etmək;
- ümumbəşəri dəyərlərə sadiq olaraq, bütün dünya xalqları ilə dostluq, sülh və əmin-amanlıq şəraitində yaşamaq və bu məqsədlə qarşılıqlı fəaliyyət göstərmək.

Bu prinsiplər əlbəttə ki, Azərbaycanrn dövlət və hüiquq tarixi ümumdövlət tarixinin tərkib hissəsidir.
Dövlət hüququ konstitusiya hüququndan, inzibati hüquqdan, vergi hüququndan və cinayət hüququndan, eləcə də bütün prosessual hüquqdan ibarətdir.

Bu baxımdan dövlət, hüquq və xalq bunalar ayrılmaz məqamlardır. Bunun hüquqi təməli isə belə başlamışdır.

Yuxarıda sadalanan prinsiplər üzərində referendum yolu ilə Konstitusiya qəbul edilir. Bəli, Konstitusiyanın qəbulu insan haqlarının hüquqi bazasını rəsmiləşdirir. Qəbul olunmuş hüquqi qanunlarla vətəndaşın hüquqları və azadlıqları təmin olunur. Azərbaycan dövləti bu qanunları qəbul etməklə dünyəvi və hüquqi dövlət quruculuğu mərhələsini uğurla başa çatdıraraq güclü, qüdrətli və müzəffər Azərbaycan dövlətinin təməlini qoydu.

Vətəndaş cəmiyyətinini formalaşması bu sahəyə hüququn gözü ilə baxmağı şərtləndirir

Bu mənada vətəndaş cəmiyyətinin formalaşmasında qeyri-hökumət təşkilatlarının rolunun vacibliyi bu sahəyə olan diqqəti bir daha gündəmə gətirmişdir. Bununla da dövlət idarəetməsində içtimai iştirakçılığın və vətəndaş cəmiyyətinin ölkənin inkişafında böyük rol oynadığını əsas götürərək, bu sahəyə uyğun qanunvericiliyin mütərəqqi hala gətirilməsi və strukturunun yaradılması barədə addımlar atıldı. Və qanunla tənzimləndi. Cənab Prezidentin Fərmanı ilə struktur formalaşdı.

Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında qeyri-hökumət təşkilatlarına dövlət dəstəyi sahəsində idarəetmənin təkmilləşdirilməsi”, “Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Nizamnaməsi”nin təsdiq edilməsi haqqında 19 aprel 2021-ci il tarixli Fərmanı ilə bağlı müvafiq qərarları QHT-lərin cəmiyyətdə yeri, rolu, vəzifələri, fəaliyyətinin tənzimlənməsi kimi məsələləri dəqiqliklə müəyyən etməklə, QHT-lərin inkişafında, vətəndaş cəmiyyətinin formalaşmasında yeni mərhələnin əsasını qoyub...

Söz azadlığı ilə bağlı atılan addım

Növbəti bir hadisə isə söz azadlığı ilə bağlı atılan addım olub. Bu mənada Azərbaycanda medianın inkişafına kömək ola biləcək qanundakı dəyişikliyi göstərmək olar. Media subyektlərinin informasiya almaq və yaymaq imkanlarına dair qanunvericilkidə dəyişikliyin edilməsi bu sahənin dünya standartlarına uyğulaşdırılması imkanlarından istifadənin yollarını açdı. Həmçinin informasiya almaq və yaymaq imkanlarının qarşısında olan bütün maneələrin aradan qaldırılmasına şərait yaratdı. Və bu istiqamətdə Ombudsmanın üzərinə düşən hüquq və vəzifələri artırdı. Belə ki, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Ombudsman haqqında Kontitutsiya qanununun 1.3-cü maddəsinə uyğun olaraq informasiya əldə etmək hüququnu daha da təkmilləşdirildi. Bununla da informasiyanın əldə olunmasına yaradılan süni manelərin aradan qaldırılmasına nail olundu.

“Konstitusiya və Suverenlik İli”

Ermənistanın təxribatlarına cavab olaraq 2020-ci il sentyabrın 27-də başlamış 44 günlük Vətən müharibəsi nəticəsində Azərbaycan Silahlı Qüvvələri Ermənistan ordusunu darmadağın etmiş və tarixi Zəfər qazanmışdır. Vətən müharibəsində əldə edilən zəfər “Dəmir Yumruğa” çevrildi. Həmin tarixi qələbə müstəqilliyimizin möhkəm əsaslara söykəndiyini bir daha sübut etdi. Dövlətimizin güclü ordusu, müstəqil siyasəti və xalqının birliyi Azərbaycanın suverenliyinin dönməz olduğunu təsdiqləyir. Dövlətimizin güclü ordusu, müstəqil siyasəti və xalqının birliyi Azərbaycanın suverenliyinin dönməz olduğunu təsdiqləyir.

Dövlətimiz müzəffər ordusu ilə öz torpaqlarını 30 illik işğaldan azad edərək ərazi bütövlüyünün bərpasına və BMT Təhlükəsizlik Şurasının qətnamələrinin yerinə yetirilməsinə nail olmuşdur. 2023-cü il sentyabrın 19-da Ermənistan qüvvələrinin qalıqlarının tərksilah edilərək torpaqlarımızdan çıxarılması, həmin ərazilərdə Azərbaycan Respublikası Konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə antiterror tədbirlərinə başlamışdır. Bu antiterror tədbiri cəmi 23 saat davam etmiş və sentyabrın 20-də başa çatmış əməliyyat nəticəsində rəşadətli Azərbaycan Ordusu qarşısına qoyulmuş bütün vəzifələri yüksək peşəkarlıqla yerinə yetirmişdir. Beləliklə, növbəti parlaq Qələbə nəticəsində Azərbaycan Respublikasının suverenliyi tam bərpa edilmişdir.

Qeyd edək ki, Azərbaycan xalqının tarixi mübarizəsi nəticəsində bütün ərazilərində suverenliyini tam bərpa edərək müstəqil dövlət qurulmuşdur. Azərbaycan öz müstəqilliyini bərpa etdikdən sonra Konstitusiya bu suverenliyi möhkəmləndirmiş və hüquqi əsaslar yaratmışdır. 2025-ci ilin “Konstitusiya və Suverenlik ili” elan olunması Azərbaycan dövlətçiliyinin əsaslarını daha dərindən dərk etmək və gələcək nəsillərə ötürmək üçün əhəmiyyətli bir addımdır.

Elə bu da medianın inkişafı istiqamətində böyük gözləntilərin olacağına inamı artırmaqdadır.

Subut Mehdiyev
Yazı Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) 10 Dekabr - Beynəlxalq İnsan Hüquqları Günü münasibətilə Jurnalist yazı müsabiqəsinə təqdim edilir

Seçilən
30
6
azadmedia.az

7Mənbələr