AZ

“Nordiska Kompaniet” – alış-verişin tarixə çevrildiyi məkan

Stokholm, 6 dekabr, Nərgiz Cəfərli, AZƏRTAC

Hər bir turist şəhəri gəzib görməli yerləri seyr etdikdən sonra günü kiçik bir şopinqlə başa vurmaq istəyir. Stokholma gələnlər isə xüsusilə şanslıdırlar - burada alış-verişi elə bir məkanın ziyarəti ilə birləşdirmək olar ki, bu məkanın özü artıq Kral sarayı və ya Opera teatrı ilə yanaşı şəhərin görməli yerlərindən birinə çevrilib. Söhbət “Nordiska Kompaniet” univermağından, qısaca desək NK-dan gedir. NK - Stokholm tarixinin bir hissəsidir, bura dəbin, dəbdəbənin və İsveç zərifliyinin rəmzidir. Bir əsrdən çoxdur ki, şəhərin mərkəzində yerləşən bu məkan hər il minlərlə turisti özünə cəlb edir.

AZƏRTAC videomaterialı təqdim edir.

Seçilən
105
2
azertag.az

3Mənbələr