AZ

Aytən Səfərova qiymət artımından şikayət etdi

Aparıcı Aytən Səfərova qiymət artımından şikayətlənib.

"Cebheinfo.az" axşam.az-a istinadən xəbər verir ki,  aparıcı verilişində Azərbaycanda marketlərdə hər həftə qiymətlərin artırıldığını deyib:

"Biri var ildə bir dəfə, biri var üç aydan bir, biri də var hər həftə bu sahədə qiymət artımı olur. Bu həftə 10 qəpiyə aldığımız, 1 həftə sonra 15 qəpikdir. İndi Azərbaycanda qiymətlər qurbağa effekti ilə artırılır: qaynar suya qurbağanı atsan, özünü qazandan çölə atır. Bir də var soyuq suyun içinə qurbağa qoyub, qazı yandırırsan. Su isindikcə, bədən öyrəşir və ölür. Qiymət artımı da bizdə belədir, yavaş-yavaş. Birdən etsələr narazıçılıq olar". 

https://www.instagram.com/p/DR6rfQ-jcBC/?utm_source=ig_web_copy_link

"Cebheinfo.az"

Seçilən
63
10
cebheinfo.az

10Mənbələr