AZ

Ukrayna XİN başçısı: “Ukrayna artıq boş vədlərə etibar etmir”

Ayna portalından alınan məlumata görə, ain.az xəbər verir.

“Ukrayna yalnız ordusunun və silahlarının gücünə etibar edir”

“Bu gün Budapeşt Memorandumunun imzalanmasından 31 il keçir. Bu sənəd sonradan “uğursuz təhlükəsizlik razılaşması” anlayışının sinoniminə çevrildi. Ukrayna isə artıq boş vədlərə etibar etmir”. AYNA.AZ xəbər verir ki, bu sözləri Ukraynanın xarici işlər naziri Andrey Sibiqa “X” sosial şəbəkəsində yazıb.

“Keçmişdə belə acı təcrübəyə malik olduğumuz halda, Ukrayna yalnız ordusunun və silahlarının gücünə etibar edir”, — deyə o, paylaşımında qeyd edib.

Nazir vurğulayıb ki, Ukrayna bu gün “real, ədalətli və uzunmüddətli sülh” üçün etibarlı təhlükəsizlik təminatlarına ehtiyac duyur.

Qeyd edək ki, Budapeşt Memorandumu 1994-cü il dekabrın 5-də imzalanıb. Sənədə əsasən, Rusiya, Böyük Britaniya və ABŞ Ukraynanın müstəqilliyinə, suverenliyinə və mövcud sərhədlərinə hörmət etmək öhdəliyini üzərlərinə götürüb.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
10
4
ayna.az

7Mənbələr