Almaniyanın Şimal-Şərq Regional Liqasında 18-ci turun oyunları davam edir.
İdmanxeber.az xəbər verir ki, Rüfət Dadaşovun çıxış etdiyi Berlin “Dinamo”su doğma meydanda “Halleşer”lə 1:1 hesablı bərabərlik əldə edib.
Azərbaycan millisinin sabiq hücumçusu matçın 71-ci dəqiqəsində meydana daxil olub.
Qeyd edək ki, 17 xalı olan “Dinamo” turnir cədvəlində 13-cü pillədə yer alır.