AZ

"Barselona" səfər matçına itkilərlə çıxacaq

"Barselona" İspaniya La Liqasının 16-cı turu çərçivəsində "Betis"in qonağı olacaq.

Day.Az xarici KİV-ə istinadən xəbər verir ki, son ölkə çempionu oyuna ciddi itkilərlə çıxacaq.

 

Müdafiəçi Ronald Arauxo, qapıçı Mark-Andre ter Stegen, yarımmüdafiəçilər Pablo Gavi və Dani Olmo komandaya kömək edə bilməyəcəklər.

Qeyd edək ki, "Betis" - "Barselona" qarşılaşması bu gün Bakı vaxtı ilə saat 21:30-da start götürəcək.

Seçilən
79
day.az

1Mənbələr