“Mançester Siti” “Real”ın futbolçusu Rodriqonun transferi üçün böyük məbləğ təklif etməyə hazırlaşır.
Msport.az xəbər verir ki, Premyer Liqa təmsilçisi tərəfindən 24 yaşlı braziliyalı üçün 80 milyon avro məbləğində təklif hazırlanır.
İngiltərə klubunun rəhbərliyi artıq yanvarda, qış fasiləsində sövdələşməni həyata keçirməyi planlaşdırırlar. Rodriqo ilə İngiltərənin digər klubları “Arsenal” və “Liverpul” da maraqlanır.
Qeyd edək ki, “Mançester Siti” hazırda Premyer Liqanın turnir cədvəlində 28 xalla ikinci pillədədir.