AZ

Qriqoryan: "Sülh sazişinin paraflanması atmosferi dəyişdi"

Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan bəyan edib ki, Bakı və İrəvan arasında sülh sazişinin paraflanması Cənubi Qafqazda bütün atmosferi dəyişən böyük uğurdur.

"Cebheinfo.az"xarici KİV-ə istinadən xəbər verir ki, o, bu barədə Dohada keçirilən beynəlxalq sammitdə çıxışı zamanı bildirib.

"İndi biz münaqişənin özünü deyil, sülhün necə möhkəmləndirilməsini və onun necə institutlaşdırılmasını müzakirə edirik", - A.Qriqoryan bildirib.

Onun sözlərinə görə, gələcəkdə sülh sazişinin ratifikasiyası və regionda kommunikasiyaların bərpası avqustun 8-də Bakı və İrəvan arasında Vaşinqtonda əldə edilmiş razılaşmaların institutlaşdırılması prosesinin bir hissəsidir.

"Cebheinfo.az"

Seçilən
56
7
cebheinfo.az

10Mənbələr