AZ

Avtomobildən 6 500 manat oğurlayan şəxsi polis saxladı

Bakıda avtomobil qarət olunub.

"Cebheinfo.az" xəbər verir ki, hadisə paytaxtın Nəsimi rayonu ərazisində baş verib. Gecə saatlarında naməlum şəxs yaşayış binasının həyətindəki "Mercedes" markalı avtomobildən 6 500 manat oğurlayıb.

Avtomobil sahibi bu barədə polisə müraciət edib.

Nəsimi Rayon Polis İdarəsinin 21-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən, əvvəllər dəfələrlə məhkum olunmuş 42 yaşlı F.Həsənov müəyyən olunaraq saxlanılıb.

Rayon ərazisində digər bir şəxsin 1 200 ABŞ dollarını dələduzluq yolu ilə ələ keçirməkdə şübhəli bilinən 52 yaşlı R.Məmmədov da polis əməkdaşları tərəfindən saxlanılıb.

Araşdırmalar aparılır.

"Cebheinfo.az"

Seçilən
14
22
cebheinfo.az

10Mənbələr