AZ

Xəyanət artıq ifşa edilib - deputatdan şok açıqlama

MDB-də münaqişəyə məruz qalan dövlətlər arasında ərazi bütövlüyü və suverenliyini ilk bərpa edən Azərbaycanın uğurlarını sadəcə bir sıra xarici qüvvələr deyil, milli satqınlar da həzm edə bilmirlər.


Deputat Vüqar Bayramov bunu Musavat.com-a açıqlamasında deyib.

Deputat daha sonra bildirib: “Xaricdən gələn tapşırıqları icra edən Ramiz Mehdiyev və onun əlatıları olan Əli Kərimli və dəstəsi artıq ifşa olunur, istintaq qarşısında cavab verirlər. Bu, həmçinin Milli Şuranın fiaskosu deməkdir. Xəyanətkar qrupun gizli görüşləri, məxfi məlumat mübadiləsi və təbii ki, reallaşdırılmayan planlar bir daha təsdiq edir ki, milli antiünsürlər hər vəchlə Azərbaycanın inkişafının qarşısını almağa uğursuz cəhd ediblər. Güclü Azərbaycan hakimiyyəti və möhkəm xalq-iqtidar birliyi məhz həmin məkirli planların reallaşmasına imkan vermədi və anti-milli qüvvələr əmin olunslar ki, gələcəkdə də istənilən belə addımların qarşısı qətiyyətlə alınacaq”.

V.Bayramov qeyd edib ki, xəyanətkarlıq işində diqqəti çəkən məqamlardan biri də özünü Qərbyönümlü təqdim edən qüvvələrin Rusiya ilə işbirliyidir: “Necə olursa-olsun hakmiyyətə gəlmək və Azərbaycanı yenidən anarxiyaya sürükləmək istəyi bu milli ünsürlərin fərqli cəbhələr ilə əməkdaşlıq etməkdən çəkindirməyib. Xəyanət isə artıq ifşa edilib. Hüquq bu əməllərin qiymətini verəcək”.
Seçilən
37
1
yenilik.az

10Mənbələr