Fanat saytına istinadən ain.az xəbər verir.
Almaniyanın Şimal-Şərq Regional Liqasında 18-ci turun oyunları keçirilir.
Fanat.Az xəbər verir ki, Azərbaycan millisinin sabiq hücumçusu Rüfət Dadaşovun formasını geyindiyi Berlin "Dinamo"su da növbəti matçına çıxıb.
Sözügedən kollektiv öz meydanında "Halleşer" ilə qarşılaşıb. Görüş 1:1 hesabı ilə başa çatıb. Rüfət meydana matçın 71-ci dəqiqəsində, hər iki qol vurulandan sonra çıxıb.
Qeyd edək ki, hazırda 17 xalı olan "Dinamo" turnir cədvəlinin 13-cü pilləsində mövqe tutub.
Nihat
Abunə Ol
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.