“Olimpiakos”un yarımmüdafiəçisi Kristos Mouzakitis karyerasını İspaniya La Liqasında davam etdirə bilər.
Msport.az xəbər verir ki, “Real” yunanıstanlı futbolçunu transfer etmək istəyir.
“Kral klubu”nun baş məşqçisi Xabi Alonso Mouzakitisin oyununu bəyənədir. “Real” gənc oyunçu üçün 35 milyon avroluq təklif göndərməyi planlaşdırır.
Qeyd edək ki, Kristos Mouzakitis “Olimpiakos”un yetirməsidir. Yunanıstan milllisinin üzvü bu mövsüm Piyer təmsilçisinin heyətində meydana çıxdığı 16 rəsmi matçda 2 qol ötürməsi ilə yadda qalıb. Onun klubu ilə müqaviləsi 2029-cu ilin yayına kimi nəzərdə tutulub.