AZ

Azərbaycanda mebel istehsalının dəyərinin 433 milyon manata yaxın olacağı proqnozlaşdırılır

Ötən illə müqayisədə bu ilin ilk 10 ayı ərzində ölkəmizdə mebel istehsalı 10,9 % artıb.

Bu barədə Trend-in sorğusuna cavab olaraq Azərbaycan Mebel İstehsalçıları Assosiasiyasının sədr müavini Tural Ozan məlumat verib.

 

O bildirib ki, 2024-cü il üzrə Azərbaycanda mebel istehsalının dəyəri 391,2 milyon manat idi isə, bu ilin sonu həmin rəqəmin 433 milyon manata yaxın olacağı proqnozlaşdırılır .

"Bugün ölkəmizdə mebel istehsalı mebelə olan daxili tələbatın 50- 60% ödəmək iqtidarındadır. Mebelin hazırlanmasında əsas təlabat mdf və laminat məhsullarınadır. Mebel istehsalı interyer dizayn sahəsinin əsas xəttidir. İnteryer dizayn sahəsi isə hərgün yenilənir, yeni təlabatlar formalaşır. Müasir dizayn həlləri, funksionallıq , trendlər, rəng və teksturalar tələbatın formalaşmasında əsas rol oynayır",- deyə o əlavə edib.

Seçilən
72
1
day.az

2Mənbələr