AZ

“Xatirələrdə yaşayan lider” mövzusunda tədbir keçirilib - FOTO » AzadMedia.az



Bakı, 5 dekabr — Azadmedia.az

Dekabrın 5-də Yasamal rayon Heydər Əliyev Mərkəzində Ümummilli Lider Heydər Əliyevin anım gününə həsr olunmuş “Xatirələrdə yaşayan lider” mövzusunda tədbir keçirilib.
Tədbirdə BDU-nun dosenti, filologiya üzrə fəlsəfə doktoru Vəliyulla Cəfərov, Akademik A. İ Qarayev adına Fiziologiya İnstitutunun əməkdaşı Gülnarə Hüseynova, Nərimanov rayon YAP sədr müavini Anar Abbasov, Yasamal İcra Hakimiyyətinin əməkdaşı Cavid Şıxcəfərli, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Həşim Paşayev, yazıçı-publisist Pərvanə Mehmanqızı, Dünya məktəbinin müəllimi Surə İbrahimova iştirak ediblər.
Mərkəzin foyesində şagirdlərin əl işlərindən ibarət rəsm sərgisinə baxış keçirilib.
Sonra tədbir iştirakçıları Mərkəzin ekspozisiya zalında Ulu Öndər Heydər Əliyevin büstü önünə gül dəstələri qoyublar.
Tədbir Azərbaycan Respublikası Dövlət Himninin səsləndiriliməsi və Ulu Öndər Heydər Əliyevin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb.
Mərkəzin böyük elmi işçisi Arifə Mustafayeva tədbiri giriş sözü ilə açaraq Ümummilli Lider Heydər Əliyevin çoxşaxəli fəaliyyətindən, Azərbaycanın inkişafı, milli dövlətçiliyin gücləndirilməsi istiqamətində misilsiz tarixi xidmətlərindən danışıb.
Tədbirdə çıxış edən G.Hüseynova, V. Cəfərov, A.Abbasov və digər qonaqlar Ulu öndər Heydər Əliyevin siyasi uzaqgörənliyindən və dövlətçilik ənənələrinin formalaşmasındakı tarixi rolundan bəhs ediblər.
Daha sonra Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş videoçarx nümayiş olunub.
Bədii hissədə Sübhnur Tədris və İnkişaf Mərkəzinin, Dünya məktəbinin və Müasir İnnovasiyalar Liseyinin şagirdləri çıxış ediblər.
Seçilən
43
1
azadmedia.az

2Mənbələr