AZ

“2 estetiksiz müğənni var, biri Təranə, biri də mən”

ain.az, Milli.az portalına istinadən məlumat yayır.

Müğənni Afət Fərmanqızı sosial şəbəkədə səsləndirdiyi fikirlərlə yenidən diqqət mərkəzinə düşüb.

Milli.Az xəbər verir ki,  Təranə Qumral ilə "TikTok"da ortaq canlı yayım açan ifaçılar bir-birini tərifləyiblər.

Afət Fərmanqızı canlı yayım zamanı səhnədə az sayda estetiksiz qalan müğənnilər olduğunu deyib:

"Səhnədə iki estetiksiz müğənni var. Biri Təranə xanım, biri də mən", - deyə o, həm özünün, həm də Təranə Qumralın təbii görkəmi ilə fəxr etdiyini bildirib.

Onların bu açıqlaması sosial şəbəkələrdə müzakirələrə səbəb olub və izləyicilər tərəfindən müxtəlif reaksiyalarla qarşılanıb.

Musa

Milli.Az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
15
1
news.milli.az

2Mənbələr