AZ

Floridada keçirilən ABŞ-Ukrayna görüşü ciddi irəliləyiş əldə etməyib — Bloomberg » AzadMedia.az


Bloomberg bildirib ki, 4 və 5 dekabr tarixlərində ABŞ və Ukrayna nümayəndə heyətləri arasında Floridada keçirilən görüşlər nizamlama prosesində heç bir ciddi irəliləyiş əldə etməyib.

Danışıqları şərh edən ABŞ Dövlət Departamenti əvvəllər müzakirənin konstruktiv olduğunu bildirib və əlavə edib ki, tərəflər təhlükəsizlik tədbirləri ilə bağlı məsələlərdə razılığa gəliblər və Ukraynanın münaqişədən sonrakı yenidən qurulmasını müzakirə ediblər.

Bloomberg bildirib ki, "Müsbət dilə baxmayaraq, danışıqlarda yeni impuls yarada biləcək böyük bir irəliləyişin əlaməti az idi".

Danışıqlarda Sülh üzrə xüsusi elçi Stiven Vitkov və Prezident Donald Trampın kürəkəni Cared Kuşner, eləcə də Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rüstəm Umerov və Baş Qərargah rəisi general Andrey Qnatov iştirak ediblər. Müzakirələrə dekabrın 6-da davam ediləcək.
Seçilən
32
1
azadmedia.az

2Mənbələr